SON XƏBƏRLƏR

Sərəskənddə içməli su insan sağlamlığı üçün təhlükəlidir-Millət vəkilindən xəbərdarlıq

2022.01.11, 11:55
Sərəskənddə içməli su insan sağlamlığı üçün təhlükəlidir-Millət vəkilindən xəbərdarlıq

Gunaz.tv

Seyid Həmzə Əmini deyib ki, Sərəskənd şəhəri ilə yanaşı ətrafda yerləşən 28 kəndin əhalisi də yararsız içməli sudan istifadə etmək məcburiyyətindədir.

Millət vəkili bölgədə olan başqa problemlərdən, o cümlədən səhiyyə mərkəzlərinin çatışmazlığından danışıb, Sərəskənddə açılışı olan klinikanın daha çox formal xarakter daşıdığını, yalnız bir həkimin çalışdığını və əhalinin tibbi xidmətə ehtiyacını ödəmədiyini qeyd edib.

Bölgənin yollarının bərbad durumda olduğuna diqqət çəkən Seyid Həmzə Əmini 3 il bundan öncə Sərəskənd-Marağa yolunun salınması ilə əlaqədar yaranan problemlərdən də bəhs edib.

Qeyd edib ki, yolun çəkilməsi ilə əlaqədar istifadə olunmuş əkin sahələrinin sahiblərinə kompensasiya ödənilməyib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar