SON XƏBƏRLƏR

Brüssel görüşündə Xankəndi məsələsi qaldırıla bilər

2021.12.14, 09:52
Brüssel görüşündə Xankəndi məsələsi qaldırıla bilər

Gunaz.tv

Əvvəlcə Prezident İlham Əliyevlə Şarl Mişel arasında ikitərəfli görüş olacaq. Avropa İttifaqı Şurasının Prezidenti sonra Nikol Paşinyanla görüşəcək.

Maraqlıdır, Soçi görüşündən sonra bu görüşdə hansı nəticələr əldə olunacaq, tərəflər razılığa gələ biləcək?

Siyasi ekspert Asif Nərimanlı bildirib ki, belə görünür ki, münasibətlər qurulsa da, hələ də Qərbin istədiyi kimi nəticə əldə olunmayıb:

“Bu gün baş tutan görüşdə əvəlcə iki tərəfin, sonra üç tərəfin yenidən görüşü planlaşdırılır. Hər iki ölkə ilə proqram daxilində müəyyən əlaqələr qurulmağa başlanılıb. Belə görünür ki, münasibətlər qurulsa da, hələ də Qərbin istədiyi kimi nəticə əldə olunmayıb. Ola bilsin ki, görüşdən sonra həmin nəticəni əldə edə bilsinlər.

Üçtərəfli görüşdə müzakirə olunacaq mövzular təbii ki, ayrılıqda ikitərəfli görüşlərdə bilinəcək. Burada əsas məsələ Avropa İttifaqının nə istəməsidir. Onun ilk istədiyi regional məsələlərdə iştirakdır. Sərhədlərin müəyyən olunmasında iştirak etmək istəyir. Çünki Mişel İrəvan və Bakıya səfərində də bu məsələni aydın olaraq gündəmə gətirmişdi. 

Əslində buna Azərbaycan tərəfi qarşı deyil. Amma təbii ki, bu prosesdə bizim gündəliyimiz Rusiya ilə eynidir.

Daha doğrusu bu prosesdə Rusiya, Türkiyə, Azərbaycanın gündəliyi demək olar ki, eynidir. Çünki əsas məsələ kommunikasiyanın açılmasıdır. Ona görə də Brüssel görüşündən əvvəl Soçi görüşünü təyin etdi. Bu deməkdir ki, sərhədlərin müəyyən olunması prosesi həmin sənəd çərçivəsində olacaq".

Ekspertin sözlərinə görə, Aİ proseslərdə Rusiyadan bir addım geri düşüb:

“Sadacə mütəxəsis təcrübəsi ilə kömək edə bilər. Buna Rusiya da qarşı çıxmayacaq. Digər tərəfdən, hər iki ölkənin istəkləri gündəmə gətiriləcək. Ermənistan tərəfinin iddiaları təbii ki, “hərbi əsir”lərin qaytarılması ilə bağlı olacaq. Aİ da çalışacaq ki, humanitar məsələdə nəticə əldə edə bilsin. 

Amma çox maraqlıdır ki, Soçi görüşündən sonra Azərbaycan bütün mina xəritələrini, Ermənistan isə 10 hərbi əsiri geri qaytara bildi. Bu proses isə stiuasiyanı bir qədər dəyişdirir. Çünki Ermənistan bu iddia ilə çıxış edərsə, Azərbaycan qarşılığında nə istəyə bilər.

Bununla Aİ üçün məsələ daha da çətinləşir. Prosesdə post-münaqişə əlaqələrində də irəliləyişlər əldə edilə bilər. Bakının istəklərindən biri Qərb platforması ilə Xankəndidə yaşayan ermənilər ilə proqramın təqdim edilməsidir. Bunu birinci dəfə Prezident şifahi formada “Anadolu”ya müsahibəsində açıqlamışdı. Bir növ bununla Ermənistana çağırış etmişdi. 

Bununla demək istəyirdi ki, Azərbaycan bayrağı altında yaşamağa hazırsınızsa, digər ərazilərdə görülən işlər sizin yaşadığınız ərazilərə də aid olacaq.

Ola bilər ki, Azərbaycan tərəfi bu məsələni gündəmə gətirsin. Bunu həm də Qərbin iddialarını yanıltmaq üçün təklif edə bilər. Görüşün yekununa aid isə hər hansı bir bəyanat ola bilər”. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar