SON XƏBƏRLƏR

ABŞ İrəvan-Bakı danışıqlarına yardım edəcək

2022.11.02, 06:19
ABŞ İrəvan-Bakı danışıqlarına yardım edəcək

Gunaz.tv

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün və danışıqların bərqərar olmasına sadiqdir.

“Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və hər iki ölkənin arzuladığı davamlı sülhə nail olmaq üçün açardır. Beləliklə, biz Ermənistan və Azərbaycan arasında ikitərəfli əsasda, tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqları asanlaşdırmaq üçün qarşıdakı aylarda qarşılıqlı fəaliyyəti davam etdirəcəyik.

Ermənistan və Azərbaycan arasında davamlı sülhə nail olmaq üçün ən faydalı hesab etdiyimiz şeyi edəcəyik”,- o qeyd edib.

Oktyabrın 31-də Soçidə keçirilən Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının üçtərəfli görüşünə toxunan amerikalı diplomat qeyd edib ki, ABŞ bu görüşdə iştirak etməyib, ona görə də bu barədə konkret şərhi yoxdur.

“Bununla belə, dövlət katibi Blinken dəfələrlə, o cümlədən Nyu-Yorkda iki ölkənin xarici işlər nazirlərinin görüşü zamanı bəyan edib ki, biz Ermənistan-Azərbaycan sülhünə və iki ölkə arasında danışıqlar prosesinə sadiqik. Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həllinin açarı və davamlı sülhə nail olmaq yoludur”, - Prays vurğulayıb.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar