SON XƏBƏRLƏR

İrəvan "dəhliz"dən imtina etdi - Danışıqlar pozuldu

2021.12.03, 08:26
İrəvan "dəhliz"dən imtina etdi - Danışıqlar pozuldu

Gunaz.tv

Bunu dekabrın 2-də “Azadlıq” radiosuna Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşünü şərh edərkən deyib.

Xatırladaq ki, regional kommunikasiyaların açılmasına dair razılaşma üç ölkə liderinin noyabrın 26-da Soçidə keçirilən görüşünün yekunları üzrə elan edilib. Bu razılaşma Moskvada sənəd şəklində rəsmiləşdirilməli idi, lakin bu baş vermədi.

Eyni zamanda erməni tərəfi yaxın vaxtlarda eyni səviyyədə daha bir görüşün baş tutacağını açıqlayıb. Bakı isə dekabrın 1-də Moskvada keçirilən görüşün nəticələrini şərh etməyib.

Bu arada Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri faktiki olaraq Bakını Moskva görüşünü pozmaqda ittiham edib.

“Biz yolları açmağa hazırıq, Sovet İttifaqı dövründə mövcud olan infrastrukturun bərpasını müzakirə etməyə hazırıq. Biz Azərbaycanın ərazisindən başqa ölkələrlə əlaqə üçün istifadə edə bilək, eləcə də Azərbaycan Naxçıvanla əlaqə yaratmaq imkanı əldə etsin”, – Qriqoryan bildirib.

Belə olan halda niyə tərəflər razılığa gəlmədi sualına, Qriqoryan açıq şəkildə bildirdi ki, Azərbaycan müqaviləyə “dəhliz” məsələsini daxil etməyə çalışır ki, bu da Ermənistan üçün qəbuledilməzdir.

“Hesab edirəm ki, Azərbaycan Soçidə əldə olunmuş razılaşmaların təşviqinə imkan verəcək elə bir siyasi iradə nümayiş etdirə bilməz”. (Turan)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar