SON XƏBƏRLƏR

İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib

2022.02.09, 15:45
İrəvan Müəllimlər Seminariyasının 140 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib

Gunaz.tv

İdarədən verilən məlumata görə, müvafiq əmrlə təsdiqlənmiş Tədbirlər Planına əsasən, “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu” mövzusunda “Dəyirmi masa”, seminar, görüş, sərgi və disputların təşkili nəzərdə tutulur.

“XIX əsrdə regionda dünyəvi təhsil verən İrəvan Müəllimlər Seminariyasının müəllimləri və məzunları” mövzusunda məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında esse müsabiqəsi keçiriləcək.

Həmçinin görkəmli maarifpərvər ziyalı Firidun bəy Köçərlinin İrəvan Müəllimlər Seminariyasında müəllim kimi fəaliyyəti ilə bağlı Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında məktəblilərin iştirakı ilə görüşün təşkil olunması planlaşdırılır.

Bundan başqa, İrəvan Müəllimlər Seminariyasının 140 illik yubileyi ilə bağlı tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, seminariyanın tarixi və məzunları haqqında proqramların təşkili, “Azərbaycan müəllimi” qəzetində və “Azərbaycan məktəbi” jurnalında məqalələrin dərc olunması nəzərdə tutulur. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar