Məlumatı Ermənistan Polisinin (Daxili İşlər Nazirliyi) İctimaiyyətlə əlaqələr və informasiya idarəsi rəisinin müavini Edqar Canoyan da təsdiqləyib.
“Polisə bu barədə siqnal daxil olub. Hazırda vəziyyət yoxlanılır, material hazırlanır”, - o bildirib.
Bir müddət əvvəl Ermənistanda çıxan “Aravot” qəzeti yazmışdı ki, bu il yanvarın 31-də Ermənistan vətəndaşı olan ana qızının uşaq bağçasında zorakılığa məruz qaldığını söyləyib.
O deyib ki, 2019-cu ilin martından 2021-ci il oktyabrın 14-dək qızı hadisə baş vermiş bağçaya gedib: “Atası pakistanlı olduğu üçün qızım orada dayə və tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.
Onlar övladıma işgəncə verib”.
Məlumata görə, uşaq bağçada cinsi zorakılığa da məruz qalıb: “Onun əllərini və boynunu çarpayıya bağlayıb qaynar dəmir oyuncaqla yandırıblar. Onu torpaq və nəcis yeməyə məcbur ediblər”. (report.az)
Ayxan