SON XƏBƏRLƏR

Radiklal kürd və fars şovinistlərindən Şərqi Azərbaycanda baş verən zəlzələyə qeyri-insani reaksiya – GÖRÜNTÜ

2021.10.20, 07:36
Radiklal kürd və fars şovinistlərindən Şərqi Azərbaycanda baş verən zəlzələyə qeyri-insani reaksiya – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, noyabrın 8-də Şərqi Azərbaycanın Miyana şəhəri məntəqəsində baş verən dağıdıcı zəlzələ çox sayda insanın ölümü və xəsrət alması ilə nəticələnib. Nə qədər inanılmaz olsa da, bu hadisədən sevinən xəstə təfəkkürlü insanlar da var.

 

Cümə günü baş verən təbii fəlakət bir çox radikal kürd və fars şovinistlərinin diqqətini çəkib. Onlar Facebook, İnstaqram, Twitter və digər sosial şəbəkələrdə müxtəlif postlar paylaşaraq bölgə əhalisinin kədərlərini paylaşmaq yerinə onların ünvanına təhqiramiz ifadələr ünvanlayıb, zəlzələni azərbaycanlıların yanlış əməlinin nəticəsində baş verdiyini bildiriblər.


Türklərə qarşı irqçi mövqe sərgiləyən sosial şəbəkə istifadəçiləri təbii fəlakəti türklərin sözdə separatçı olması və İranın təhlükəsizliyinə xələl gətirmələri ilə əlaqələndiriblər.


Bir çox radikal kürd isə təbii fəlakəti güney azərbaycanlıların Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək verməsi ilə əlaqələndirib.


Azərbaycan türklərinin ünvanına söyüşlər yazan irqçilər vurğulayıb ki, zəlzələdən zərərçəkənlər yalnız Türkiyədən yardım gözləməlidir.


Fars və kürd kökənli irqçilərin Azərbaycan türklərinə qarşı sərgilədiyi rüsvayçı mövqe güney azərbaycanlı sosial şəbəkə istifadəçilərini qəzəbləndirib , onlar belə bir insanlarla eyni dəyərləri paylaşmağın mümkün olmadığını qeyd ediblər.

 

 

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar