RADOVAN KARACİÇİ TUTDULAR

2008-07-21 20:42

RADOVAN KARACİÇİ TUTDULAR 1990-cı illərdə Bosniya serblərinə liderlik etmiş Radovan Karaciçi iyulun 21-i axşam saatlarında Serbiya ərazisində tutublar. «Media forum» saytı xəbər verir ki, 1992-1995-ci illərdə Bosniya və Hersoqovinada hərbi cinayətlər törə

Gunaz.tv Quote | Gunaz article

RADOVAN KARACİÇİ TUTDULAR 1990-cı illərdə Bosniya serblərinə liderlik etmiş Radovan Karaciçi iyulun 21-i axşam saatlarında Serbiya ərazisində tutublar. «Media forum» saytı xəbər verir ki, 1992-1995-ci illərdə Bosniya və Hersoqovinada hərbi cinayətlər törətməkdə təqsirli bilinərək 13 ildir beynəlxalq axtarışda olan Karaciç elə həmin gün gecəyarısı Serbiya paytaxtı Belqrada gətirilib. Radovan Karaciç Karaciçin saxlanması xəbəri yayılandan sonra bir qrup belqradlı gənc Respublika meydanında etiraz aksiyası keçirməyə cəhd göstərib. Serbiya paytaxtında polis qüvvələrinin sayı artırılıb, ABŞ səfirliyinin binası ətrafına əlavə mühafizə dəstələri gətirilib. R.Karaciç 1944-cü il iyunun 19-da Çernoqoriyada anadan olub. İxtisasca psixiatr olan R.Karacic siyasətə 1989-cu ilin sonlarında gəlib və Serbiya Demokratik Partiyası yaradaraq ona başçılıq edib. 1992-ci il yanvarın 9-da elan olunan Bosniya və Hersoqovina Serb Xalqı Respublikasının ilk prezidenti olub. 1992-ci ildə R.Karaciç özəyini keçmiş Yuqoslaviya Xalq Ordusunun təşkil etdiyi yerli serblərin hərbi qüvvələrini yaradıb. 1995-ci ilədək sürən müharibə zamanı R.Karaciç Bosniya serblərinə rəhbərlik edib və ordu komandanı Ratko Mladiçlə birgə yerli müsəlmanlara və xorvatlara qarşı hərbi əməliyyatlar planlaşdırıb. 1995-ci il iyulun 25-də Beynəlxalq Hərbi Tribunalda R.Karaciç və R.Mladiçə qarşı genosid və insanlığa qarşı cinayətlər törətməklə bağlı itthamlar irəli sürülüb. Digər bir ittiham 1995-ci il noyabrın 16-da Srebrenitsadakı müsəlman anklavında hadisələrə görə irəli sürülüb. 1996-cı ildə beynəlxalq ictimaiyyətin və Yuqoslaviya lideri Slobodan Miloşeviçin təkidi ilə R.Karaciç səlahiyyətlərini keçmiş vitse-prezident Bilyan Plavşiçə verib. R.Karaciçi son dəfə 1996-cı ildə Bosniya və Hersoqovinanın şərqindəki Han Prijesak rayonunda görmüşdülər. Bir oğlu, bir qızı olan R.Karaciçin ailəsi Bosniya və Hersoqovinanın Pale şəhərində yaşayır. «Media forum»
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17