Bu barədə Mərkəzi əyalətin Böhranı İdarəetmə İdarəsinin baş direktoru Həmid Qiyasi mediaya açıqlamasında məlumat yayıb.
O deyib ki, Neft-Kimya təsisatındakı çənlərdən birində sızma baş verməsi yanğına gətirib çıxarıb.
“Təəssüflər olsun ki, təsisat işçilərinin sızmanın qarşısını almağa cəhdi nəticə vermədikdən sonra baş verən yanğında 1 nəfər ölüb, 2 nəfər isə 40 faiz yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Yanğın hadisə yerinə gələn yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb və hazırda yanğına səbəb olan çəndəki sızmanın səbəbləri araşdırılır”, -deyə İranın Mərkəzi əyalətinin Böhranı İdarəetmə İdarəsinin baş direktoru Həmid Qiyasi bildirib.
A.M