SON XƏBƏRLƏR

Ramil Quliyev Avropa çempionu oldu - VİDEO

2021.10.20, 07:36
Ramil Quliyev Avropa çempionu oldu - VİDEO

Gunaz.tv

GünAz TV: Türkiyə millisində çıxış edən Ramil Quliyev Berlində yüngül atletika üzrə Avropa çempionu olub.

 

Ramil Quliyev 200 metr məsafəyə qaçışda 19,79 saniyə nəticə göstərərək birinci olub.

 

İkinci yeri Britaniya təmsilçisi Netanel Mitçel-Bleyk (20,04), üçüncü yeri isə İsveçrə təmsilçisi Aleks Uilson (20,04) tutub.

 

Bu qələbədən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı atletə zəng edib. Ərdoğan telefon danışığı zamanı qızıl medalla bütün Türkiyəni qürurlandıran Ramili təbrik edərək uğurlarının davamlı olmasını diləyib.

 

Qeyd edək ki, 2011-ci ilə qədər Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.

 

Video:

https://www.youtube.com/watch?time_continue=121&v=YU43WItBSkw

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar