SON XƏBƏRLƏR

İran Televiziya və Radio Şirkətində narazılıq: İşçilər qanun layihəsinin təsdiq olunmasını tələb ediblər

2022.02.15, 06:10
İran Televiziya və Radio Şirkətində narazılıq: İşçilər qanun layihəsinin təsdiq olunmasını tələb ediblər

Gunaz.tv

Bir qrup işçi müraciət yayaraq işçi statusu ilə bağlı qeyri-müəyyən duruma etiraz ediblər. 

Şirkətin kollektivi 10 ildən artıqdır ki, Radio və Televiziya ilə birbaşa müqavilə əsasında işlədiklərini, son iki ildə isə bütün hüquq və imtiyazlardan, o cümlədən bayram ödənişlərindən məhrum edildiklərini, əmək haqlarının çoxalması yerinə azalmasını bildiriblər.

Onlar, şirkətlə bağlanmış müqaviləyə görə, işçilərə sabit əmək haqqı, uşaq pulları, aylıq mükafatlar, 6 aylıq və bayram ödənişləri edilməli olduğuna baxmayaraq, hazırda bunların heç birinə riayət olunmadığından narazı olduqlarını qeyd ediblər.

Radio və Televiziya Şirkətinin işçiləri əməkdaşların hamısının bakalavr və magistr təhsilli mütəxəssislər olmasına baxmayaraq, əmək haqlarının 2 milyon tümən olduğunu, hal-hazırda ölkədə movcud olan yüksək inflyasiyaya görə bu əmək haqqının heç nəyə yaramadığını yazıblar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar