SON XƏBƏRLƏR

İran Xankəndi ermənilərinə yardım edir

2022.03.27, 16:20
İran Xankəndi ermənilərinə yardım edir

Gunaz.tv

Texniki problemlərə görə Xankəndinə qaz verilişi dayandırıldıından sonra İran tələsik şəkildə Xankəndi ermənilərinə istilik avadanlıqları və bu qəbildən olan başqa ləvazimatlar tədarük etməyə başlayıb.

Erməni sosial media istifadəçilərinində İrana məmnunluq paylaşımlarından yardımların son günlər edildiyi anlaşılır.

İranın növbəti dəfə Azərbaycan Respublikasının icazəsi olmadan ermənilərə yardım göndərməsi, SEPAH-a bağlı media qrupunun “sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyik, bu baş verərsə İran silahlı qüvvələri sərt reaksiya göstərəcək”  bəyanatı İranın Xankəndinin erməni icmasını Azərbaycandan ayrıca qurum kimi qəbul etmək istədiyini göstərir.

Qeyd edək ki, İran İnqilab keşikçiləri Korpusunun Azərbaycana qarşı son təhdid bəyanatı Azərbaycan Ordusunun Qarabağda öz postlarını müəyyənləşdirmək tədbirlərindən sonra yayılıb.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar