SON XƏBƏRLƏR

 "Xalqın azadlıq hərəkatına dəstək verək"- İran Yazıçılar Birliyi çağırış etdi

2022.09.24, 05:50
 "Xalqın azadlıq hərəkatına dəstək verək"- İran Yazıçılar Birliyi çağırış etdi

Gunaz.tv

Birlik bütün yazıçı və sənət adamlarını, sinfi və mədəni təşkilatlarını, azadlıqsevər və müstəqil qurumları açıq şəkildə xalqın azadlıq hərəkatına dəstək verməyə çağırıb.

"İndi bütün ölkəni bürüyən hərəkat qırx illik qəzəbin nəticəsidir. İslam Respublikası hökuməti yarandığı gündən indiyə qədər gücdən istifadə edərək və ölkənin dövlət büdcəsindən külli miqdarda vəsait xərcləməklə, mədəni və ideoloji adlandırdığı layihələrə təsir göstərib, xalqın iradəsini əks etdirən incəsənət və ədəbiyyata senzura tətbiq edib, onu məhvə doğru aparıb.  

Bu gün İran xalqlarını, xüsusən də gənc nəsli azad yaşamaq kimi təbii hüququndan məhrum edərək, onları arzuladığı formata daxil etməyə çalışmışdır",-deyə Yazıçılar Birliyinin bəyanatında bildirilib.

Yazıçılar Birliyi qadınlara məcburi hicab qaydalarını təhmil etməyi onların insan ləyaqəti alçaltmağa qarşı yönəlmiş addım hesab edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar