SON XƏBƏRLƏR

İran Yazıçılar Birliyi son həbslərlə bağlı bəyanat yayıb

2022.07.14, 08:25
İran Yazıçılar Birliyi son həbslərlə bağlı bəyanat yayıb

Gunaz.tv

Bəyanat müəllifləri xüsusilə son aylar mədəni, sinfi, ictimai fəallara və sənətçilərə qarşı zorakılıqları Tehran hökumətinin sistemli təzyiqləri adlandırıb və bunun dayandırılmasını tələb ediblər.

"Basqıların artdığı və həbslərin həyata keçirildiyi bir vaxtda hökumətə bağlı mətbuat orqanları da rejimlə əlbir olub və fəallara qarşı sübut olunmamış ittihamlar irəli sürməkdədirlər"-deyə, Yazıçılar Birliyinin üzvləri İran mediasının rejimin əlində təzyiq vasitəsi olduğunu bildiriblər.

Bəyanatda son günlər kino xadimlərinin həbsini və 2019-cu il etirazlarında öldürülən etirazçıların ailə üzvlərinin saxlanıldığını qeyd edən İran Yazıçılar Birliyi onların dərhal azadlığa buraxılmasını tələb edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar