Güney azərbaycanlılar sanki diri-diri basdırmaq istəyir- "Ərk"-BMT-yə müraciət edəcək

03.02.2023, 15:11

"Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti Xoyda baş verən zəlzələdə çarəsiz durumda qalan azyaşlı uşaqların həyatına yaranmış təhlükə ilə bağlı BMT-yə, həmçinin UNİSEF-ə müraciət etməyi düşünür.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə cəmiyyətin sədri Jalə Təbrizli məlumat verib.

Onun sözlərinə görə, İran bütün beynəlxalq öhdəliklərə əməl edəcəyi ilə bağlı sənədlərə imza atsa da, heç birini yerinə yetirməyib:

“Zəlzələ təbii fəlakətdir, gərək burada insanlara qarşı ayrı-seçkilik olmasın. Amma rejim azərbaycanlılara qarşı bunu edir.

Bu gün uşaqlar küçədədir, yaşlı insanlar soyuqdan donur. Hava çox soyuqdur və buna uşaqlar dözə bilməyəcək. Daldalanmağa isti bir yer tapmırlar. Sanki Xoy şəhərində yaşayan vətəndaşları diri-diri basdırmaq istəyirlər.

Bu, rejimin bir cinayətidir. Onlar buna adət edib. Biz - “Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti Xoyda baş verən mövcud vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının, həmçinin Uşaq Fondunun (UNİCEF) müdaxilə etməyini istəyirik. Bu uşaqların günahı nədir? Onlar təbii fəlakətdən əziyyət çəkir”.

Jalə Təbrizlinin sözlərinə görə, Xoya yardım etmək istəyənlər çoxdur, lakin dövlət nümayəndələri bunun həyata keçməsinə mane olur:

“Yayılan videolarda da ordakı uşaqların və yaşlı xanımların necə çarəsiz durumda olduğunu aydın görmək olar. Lakin rejim bunu görməzdən gəlir.

Bu artıq Xoyda 4-cü zəlzələdir.

Əvvəlki zəlzələnin zərərləri tam aradan qaldırılmayıb. Dövlət onlar üçün heç nə tikməyib. Ora məsul olan şəxs çox aydın şəkildə bildirib ki, nəzərdə tutulan vəsait başqa istiqamətə xərclənib”. (Axar.az)

Timur

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney Azərbaycanda idman yarışında milli şüarlar səsləndirilib-VİDEO

2023-04-01

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-04-01

gun az article

Zənganlı idmançıya təzyiq göstərilir

2023-04-01

gun az article

SEPAH Azərbaycan konsulluğu qarşısına aksiya keçirib

2023-03-31

gun az article

“I Türkçülük çalışmaları simpoziumu və türkçülüyün bugünkü durumu” və “Təbrizdən Brüsselə istiqlal mücadiləsi”   - VİDEO

2023-03-31

gun az article

"İran ermənilərin Güney Azərbaycanda törətdiyi soyqırıma dair məlumatları gizlətməyə çalışır"-Millət vəkili

2023-03-31

gun az article

Təbrizdə tarixi abidə uçub

2023-03-31

gun az article

Həmədanda taksi sürücüləri etiraz aksiyası keçiriblər

2023-03-31

gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27