SON XƏBƏRLƏR

"Türk ordusunun Suriyaya daxil olması ehtimalından narahatıq"-İran XİN

2022.07.20, 10:31
"Türk ordusunun Suriyaya daxil olması ehtimalından narahatıq"-İran XİN

Gunaz.tv

"Suriyanın indiki həssas vəziyyəti və Suriyanın sərhəd bölgələrində yeni münaqişə ehtimalını nəzərə alaraq, Astana Prosesi görüşündə  Suriyada gedən proseslərin müharibə və militarizmdən uzaq olmasına, məsələlərin siyasi yolla həll olunmasına çalışılıb"-deyə Əmir Abdullahiyan bildirib.

O, Astana Sammitində iştirak edən dövlət başçıları tərəfindən vurğulanan tövsiyələrin Türkiyə rəsmiləri tərəfindən nəzərə alınacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Əli Xameneyinin Türkiyə ordusunun Suriyaya müdaxilə etməməsi barədə xəbərdarlığından bir neçə saat sonra Rəcəb Tayyib Ərdoğan Ankaranın Suriyanın şimalındakı terror qruplaşmalarına qarşı hərbi əməliyyatları tezliklə həyata keçirmək əzmində olduğunu vurğulayıb. 

"Hər kəsə aydın olmalıdır ki, bölgədə separatçı terror hərəkatlarına və onların müttəfiqlərinə yer yoxdur. Tezliklə terror təşkilatlarına qarşı mübarizəmizi davam etdirəcəyik"-deyə, Türkiyə prezidenti bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar