SON XƏBƏRLƏR

İran XİN başçısı Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüb

2022.11.21, 12:50
İran XİN başçısı Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüb

Gunaz.tv

Görüşdə iki dost və qonşu ölkə arasında artan əlaqələrdən məmnunluğunu ifadə edən Əmirabdullahiyan İranın Qafanda baş konsulluğunun açılmasını hər iki ölkə üçün ticarət mübadiləsini artırmaq və iqtisadi əlaqətlərdə əlverişli perspektivə nail olmaq baxımından praktiki və mühüm addım adlandırıb. 

Öz növbəsində Ermənistan xarici işlər nazirinin müavini də İran xarici işlər nazirinin Ermənistana son səfərinə və Qafanda İranın baş konsulluğunun açılmasına toxunaraq, bu addımı iki ölkə əlaqələrinin inkişafı prosesində böyük inkişaf və dönüş nöqtəsi kimi xarakterizə edib.

“Ermənistan hökuməti İranın region ölkələrinin suverenliyi və beynəlxalq sərhədlərin dəyişməzliyi ilə bağlı prinsipial və konstruktiv mövqeyini yüksək qiymətləndirir”-nazir bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar