SON XƏBƏRLƏR

İran beynəlxalq terrorçunun saxlanıldığını iddia edib

2022.08.17, 18:05
İran beynəlxalq terrorçunun saxlanıldığını iddia edib

Gunaz.tv

Bəyanatda saxlanılan şəxsin İran sərhədlərindən kənarda fəaliyyət göstərdiyi, ağır silahlar üzrə mütəxəssis olduğu və bundan öncə Suriyanın İdlib, Himah və Hələb şəhərlərində çalışdığı qeyd olunub.

"Ağır silahlardan istifadə üzrə mütəxəssis olan şəxs fəaliyyətini iki qonşu ölkəyə köçürüb, burada terror təşkilatlarından birinə üzv olaraq İran ərazi bütövlüyünə qarşı separatçı fəaliyyətlərini davam etdirib"-deyə, bəyanatda bildirilib.

Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) bəyanatında həbs edilən şəxsin kimliyi, harada və hansı tarixdə həbs edildiyi barədə heç bir açıqlama verilməyib.

Qeyd edək ki, son vaxtlar ETTELAAT bir neçə dəfə İsrail casusları və terroristləri həbs etdiyi barədə bəyanatlar yaysada, onların kimliyi barədə heç bir açıqlama verməyib.

Bir müddət bundan öncə İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi İranda fəaliyyət göstərən sol meyilli təşkilatlardan birinin bir neçə üzvünün İsrailə casusluq etdikləri üçün saxlanıldıqlarını bildirib.

Adı çəkilən təşkilat iyulun 27-də yaydığı bəyanatda İran hökumətinin iddiasının əsassız olduğunu, bunun İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin uydurması olduğunu deyib.

"Bunlar yalan, anlaşılmaz və əsassız iddialardı və İran hökuməti belə yalan informasiyalar yaymaqla özünün müxtəlif sahələrdə məğlubiyyətlərini ört-basdır etməyə çalışır"-deyə, silahlı təşkilatın bəyanatında qeyd olunub.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar