GUNAZ.TV
GÜNEY AZƏRBAYCANIN AZADLIQ SƏSİ
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdi
"Ermənistan yalan məlumat yayır"-Rəsmi
Neapol sahillərində Türkiyə gəmisinə hücum edilib
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir
Rus ordusu Odessaya hücum edib: ölən və yaralananlar var
Xersonda yüzlərlə insan itkin düşüb
“Körpü” verilişində müzakirə: “İranda qadınların son vəziyyəti” və “İranda tutuqlanan Azərbaycan vətəndaşları” -VİDEO
Bu ölkə Moskvadakı səfirliyini bağlayır
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
“Salam Tehran” verilişində çıxış edən qonaq, İranın Ümumi Mədəniyyət Şurasının Katibi Seyid Məcid İmami türk adlarının ölkədə günü-gündən çoxalmaqda olduğunu bildirib. Dilçi ekspert türk adlarının "anlamsız", "qeyri-irani", "qeyri-islami" olduğunu iddia edib. O, türk adlarını "ciddi təhlükə" adlandırıb.
Verilişin qonağı bildirib ki, türk adlarının yayğınlaşması mədəni problemləri artıracaq.
“Demək olar ki artıq təhlükə siqnalı səslənib”-deyə, onun sözlərinə dəstək verən aparıcı bildirib.
Qonaq isə belə halların qarşısının alınması üçün tədbirlər görülməli olduğunu təkid edir.
Qeyd edək ki, İranda türk adlarına qarşı rəsmi səviyyədə ciddi maneələr tətbiq olunmasına baxmayaraq, gney azərbaycanlılar və İranın başqa bölgələrində yaşayan türklər arasında yeni dünyaya gələn uşaqlara türk adlarının verilməsi çoxalmaqdadır.
İranın Qeydiyyat İdarəsi müxtəlif bəhanələrlə bunun qarşısını almağa, türk adı qoyulan uşaqlara şəxsiyyət vəsiqəsi verməkdən imtina etməyə çalışır.
İranda yalnız hökumət tərəfindən Qeydiyyat şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir.
“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.
İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk" İnsan Haqlarını Müdafiə Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.
Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması da vurğulanıb.
Uşağın anadan olandan bəri ona adının seçilməsinin azad olması ilə əlaqədar verilən hüquq 1989-cü ildə yazılmış Uşaq Hüquqları Konvensiyasının 7-ci maddəsində qeyd edilmiş birinci insan hüquqlarından biridir.
C.E
“Sülhməramlılar tezliklə Qarabağı tərk edəcək”-Sabiq baş nazir
“İranla hər hansı bir razılaşma məcburiyyətində deyilik”- Netanyahu
Oğluna Huntay adı qoymuş culfalı ana 5 ildir sənəd ala bilmir
Urmu sərhəd alayının zabiti öldürüldü
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi
İsfahanın tarixi məscidləri çatlayır
ABŞ Ukraynaya 2 milayrdlıq silah verəcək
Ceyhun Bayramov İranın xarici işlər naziri ilə telefonla danışıb
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Rusiyaya çağırış edib
Güneyli fəal elektron qandalla sərbəst buraxıldı
“Yeni nazir Ərdoğanın varisi ola bilər”-Politoloq
“Azərbaycan güneydəki soydaşlarımıza praktiki dəstəyi reallaşdıra bilər”-Politoloq
İranda rəzalət: Bəhailər ölülərini dəfn edə bilmir
“Dəyirmi masa”da müzakirə: “Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir”- VİDEO
Ərdəbildə Əkbər Azadla milli fəalların görüşü olub
“Parlaq gələcək”: “Azərbaycan-İraq əlaqələri necə olacaq” və “İran rejiminin Güney Azərbaycana hərtərəfli düşmənçiliyi” - VİDEO
“Sözümüz” verilişində müzakirə: “İran rejiminin Güney Azərbaycana qarşı basqıları”-VİDEO
Biləsuvarda sel daşqınları əhaliyə ciddi ziyan vurub
İran prezidenti Təbrizə səfər edib
İran prezidentinin Təbrizə səfəri planlaşdırılır