SON XƏBƏRLƏR

İran Müdafiə Nazirliyi peyk daşıyıcı raketin orbitə çatmadığını etiraf edib

2022.01.01, 09:53
İran Müdafiə Nazirliyi peyk daşıyıcı raketin orbitə çatmadığını etiraf edib

Gunaz.tv

Əhməd Hüseyni dekabrın 31-də dövlət televiziyasında çıxışında deyib ki, İranın kosmosa buraxılan “Simurq” adlı peyk daşıyıcı raketi daşıdığı üç tədqiqat yükünü yer orbitinə yerləşdirmək üçün lazımi sürətə çata bilməyib.

“Simurq” peyk daşıyıcı raket sözü gedən tədqiqat avadankıqlarını yer orbitində yerləşdirmək üçün raketin sürəti saniyədə 7600 metrə çatmalı idi, lakin biz saniyədə yalnız 7350 metrə çata bildik və bununla da əməliyyat uğursuz alınaraq gerçəkləşdirilmədi”, -deyə İran Müdafiə Nazirliyinin sözçüsü Əhməd Hüseyni bildirib.

Əhməd Hüseyni peykin özünün yer orbitinə çatıb-çatmadığını açıqlamayıb. 

Xatırladaq ki, İran Müdafiə Nazirliyinin kosmik sektorunun sözçüsü Əhməd Hüseyni dekabrın 30-da mediaya açıqlamasında “Simurq” peyk daşıyıcı raketin kosmosa buraxıldığından xəbər vermişdi. 
 

O, bununla bağlı keçirilmiş sınağın "uğurlu" adlandığını iddia etsə də, bəzi Qərb mənbələri bu sınağın məğlubiyyətə uğradığını və peykin orbitə yerləşdirilmədiyi bildirmişdilər. 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar