SON XƏBƏRLƏR

İran daha iki avropalını girov götürdü

2022.05.12, 04:51
İran daha iki avropalını girov götürdü

Gunaz.tv

Nazirlik onların Avropa ölkələrindən birinin xüsusi xidmət orqanlarının professional agentləri olduğunu iddia edib.

Adları və milliyyəti açıqlanmayan həmin şəxslərə qarşı "iğtişaşlar təşkil etmək" və "xalqın tələblərini kütləvi itaətsizliyə doğru yönəltmək" ittihamları irəli sürülüb.

Bu xəbərin İranda siyasi məhbusların kütləvi edamında əli olan Həmid Nurinin İsveçdə mühakimə prosesinin başa çatması, eləcə də terrorizmdə ittiham edilən iranlı diplomat Əsəbullah Əsədi ilə əlbir olan 3 nəfərə qarşı Belçikada məhkəmə hökmünün çıxarılması ilə eyni vaxta təsadüf etməsi diqqət çəkir.

Bununla yanaşı bir neçə gün öncə İranda isveçli bir turistin həbs edildiyi barədə məlumatlar yayılıb və İran hökuməti turistə qarşı casusluq ittihamı irəli sürmək üçün zəmin yaradır.

İran hökuməti son illərdə çoxlu sayda əcnəbi və ikili vətəndaşlığı olan şəxsləri müxtəlif ittihamlarla, o cümlədən casusluq, xarici təhlükəsizlik orqanları ilə əməkdaşlıq və ya rejimə qarşı fəaliyyət göstərməkdə saxlayıb və bu şəxslərin bəziləri başqa ölkələrdəki iranlı məhbuslarla dəyişdirilib. 

İran hökumətnin bu praktikası bir çox dövlətlər və insan haqları təşkilatları tərəfindən dəfələrlə pislənilib və bu hərəkəti siyasi məqsədlərə çatmaq üçün girov alma götürmə əməli kimi dəyərləndirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar