SON XƏBƏRLƏR

İran daxili işlər naziri kiber hücumla bağlı açıqlama verib

2021.10.26, 12:34
İran daxili işlər naziri kiber hücumla bağlı açıqlama verib

Gunaz.tv

O, bildirib ki, sistemdə texniki problemlər yaranıb və kart vasitəsilə yanacaq almaq mümkün deyil. 

İran Milli Neft Şirkətinin sözçüsü Əli Firuzəndə də verdiyi açıqlamada sistemdə yaranan problemə görə, kart vasitəsilə yanacaq əldə edilə bilmədiyini, sürücülərin nağd ödənişlə yanacaq doldurmalı olduqlarını deyib.

Yanacaq Doldurma Sisteminin başçısı Məsud Rzayi sürücülərə müracət edərək yanacaq doldurma məntəqələrinə getməmələrini xahiş edib. 

O, bildirib ki, hal-hazırda nağd ödənişlədə yanacaq əldə etmək mümkün deyil. 

M.Rzayi problemin həlli istiqamətində işlər aparıldığını, bir neçə saat ərzində yanacaq doldurma məntəqələrinin 70%-nın fəaliyyətini bərpa edəcəklərini bildirib. 

Qeyd edək ki, bu gün yerli vaxtla saat 11-dən başlayaraq İranda yanacaq doldurma məntəqələrinin fəaliyyəti dayanıb.

Yerli sosial media istifadəçiləri bunun kiperhücum nəticəsində baş verdiyini yazıblar. Hücum nəticəsində İranın bütün yanacaq doldurma məntəqələrinin fəaliyyəti iflic olub.

Bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar.
Yayılan məlumatlarda problemin kiber hücum nəticəsində baş verdiyi bildirilir.

Müxtəlif şəhərlərdən olan yerli əhali xəbəri təsdiqləyiblər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar