SON XƏBƏRLƏR

İran Qeydiyyat İdarəsi təbrizli uşağa türk adına görə şəxsiyyət vəsiqəsi vermir

2022.10.22, 07:35
İran Qeydiyyat İdarəsi təbrizli uşağa türk adına görə şəxsiyyət vəsiqəsi vermir

Gunaz.tv

O, bir aydır oğluna türkcə "Saday" adı seçdiyi üçün Təbriz Qeydiyyat İdarəsindən sənəd ala bilmədiyini və övladına başqa ad seçməsi təklif edildiyini deyib.

Siyamək Kuşi oğlunun şəxsiyyət vəsiqəsi olmadığı üçün müayinə, müalicə və başqa bu kimi ilkin hüquqlardan məhrumolduğunu bildirib.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar. 

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda "İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması" da vurğulanıb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar