SON XƏBƏRLƏR

İran Əfqanıstana nota verdi

2022.04.12, 14:02
İran Əfqanıstana nota verdi

Gunaz.tv

İranın Kabildəki səfirlik binasına və Heratdakı Baş konsulluğuna hücumlar edilməsi pislənilib.

Qeyd edək ki son günlər bəzi media orqanları və sosial mediada İranda əfqanıstanlı mühacirlərə qarşı pis davranıldığını əks etdirən çox sayda məlumat və görüntülər yayılıb.

Bunun ardınca Əfqanıstanda insanlar etiraz aksiyası keçirib. İran səfirliyi və konsulluqları qarşısına toplaşaraq Tehran rəsmiləri əleyhinə şüarlar səsləndiriblər.

Bundan sonra İranın Əfqanıstandakı səfirliyi və baş konsulluqları təhlükəsizlik məsələlərinə görə fəaliyyətini 1 həftəlik dayandırıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar