SON XƏBƏRLƏR

İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

2022.08.16, 05:30
İran-Əfqanıstan sərhədində silahlı qarşıdurma

Gunaz.tv

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sosial media hesablarında məlumat yayılıb.

Məlumatda atışmanın Sistan-Bəluçistan əyalətinin Hirmənd bölgəsinin Şüğalək kəndi yaxınlığında baş verdiyi qeyd olunur.

İran mediasının iddiasına görə, silahlı qarşıdurmaya səbəb Taliban sərhədçilərinin sərhəddə yaxın bölgələrdə çalışan İran əkinçilərinə maneçilik törətmələri olub.

Taliban hökumətinin yerli nümayəndələri İran tərəfinin iddialarını rədd edib və İran sərhədçilərinin Əfqanıstan torpağına girdiyi üçün onlara cavab verildiyini bildiriblər.

Qeyd edək ki, son aylar İranla Əfqanıstan arasında gərginlik şiddətlənib və hər iki ölkə sərhəddə ağır texnika və canlı qüvvə toplamaqda davam edir.

Bir müddət öncə sərhəddə baş verən qarşıdurma zamanı Taliban qüvvələri SEPAH-ın 5 hərbçisini əsir götürmüşdülər.

Bundan sonra Taliban hökumətinin Müdafiə Naziri Molla Məhəmməd Yəqub qonşu ölkələrə xəbərdarlıq edib.

"Qonşu ölkələrin Əfqanıstan sərhədlərinə müdaxilə etmələrə dözməyəcəyik"-deyə, nazir bildirib. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar