SON XƏBƏRLƏR

Futbol üzrə İran millisinin dünya çempionatında iştirakına qadağa qoyuldu

2022.04.01, 11:36
Futbol üzrə İran millisinin dünya çempionatında iştirakına qadağa qoyuldu

Gunaz.tv

“FİFA-nın əsas qaydalarına əməl etmək öhdəliyi yeni və göz qabağındadır, qaydalara əsas riayət dünya futbol nizamının prioritetidir, Dünya Federasiyasının ən mühüm prioriteti futbol azarkeşlərinə hörmətdir.

İran komandasının üzvlərinə hörmətimizin olmasına baxmayaraq, bu komandanın Dünya Kubokunda iştirakına icazə verilmir və növbəti xəbərdarlıq edilənə qədər onun beynəlxalq yarışlarda iştirakı dayandırır.

Stiven Makdaun, Qərbi Asiya üzrə icraçı direktor”-deyə, FİFA-nın məktubunda bildirilib.

Qeyd edək ki, martın 29-da Məşhəd şəhərində keçirilən İran-Livan yığma futbol komandalarının qarşılaşmasına baxmaq üçün bilet alan qadınlar stadiona buraxılmayıb.

Stadionun qapıları arxasında qalan qadınlar etiraz aksiyası keçirdikləri üçün polis və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əməkdaşları onlara qarşı gözyaşardıcı bibər qazından istifadə edib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar