SON XƏBƏRLƏR

Tehranda həbslər: Təhlükəsizlik məmurları bəhailərin evinə basqın edib

2022.02.02, 08:32
Tehranda həbslər: Təhlükəsizlik məmurları bəhailərin evinə basqın edib

Gunaz.tv

Məmurlar heç bir məhkəmə hökmü təqdim etmədən bəhai vətəndaşların evinə girib, Pəri Kargəriyan Mərvəsti, Daniyal Bəninejad və İsmayıl Molayini qandallayaraq naməlum istiqamətə aparıblar.

Hökumət məmurları Pəri Katgəriyanın evində icazəsiz axtarı aparıb və ona məxsus şəxsi əşyaları, o cümlədən mobil telefon, noutbuk, kitablar və başqa elektronik əşyaları müsadirə ediblər.

Bundan bir neçə gün öncə Təbrizdə də oxşar əməlyyat keçirilib və yanvarın 18-də Sina Şəhri saxlanıldıqdan sonra yanvarın 23-də onun xanımı Nigar Nəsri təhlükəsizlik idarəsinə aparılıb.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.
 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar