SON XƏBƏRLƏR

İran şovinistləri Təbriz üzərindən Azərbaycan və Türkiyəyə qarşı təbliğatı gücləndirib

2022.03.14, 07:57
İran şovinistləri Təbriz üzərindən Azərbaycan və Türkiyəyə qarşı təbliğatı gücləndirib

Gunaz.tv

Fars şovinistləri bundan Azərbaycan və Türkiyə cümhuriyyətlərinə qarşı təbliğat vasitəsi kimi istifadə etməyə başlayıb.

Tehranda buraxılan “Vətən-i Emruz” qəzeti Türkiyə Xarici İşlər Nazirliyinin Ərbilə raket hücumunu pisləyən bəyanatına toxunub.

Qzəet “Türkiyə Xarici İşlər Nazirliyi İranın Mossad-a qarşı qısas hücumunu qəbuledilməz saydı”-deyə, yazıb.

Nəşr “Təbrizdən açılan atəş Ərdoğanı titrətdi” başlığı ilə verdiyi məlumatda, Təbrizdən buraxılan raketlərin Türkiyə və Azərbaycan cümhuriyyətləri üçün “mesaj” olduğunu iddia edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH_ bağlı olan “Məşreq News” qəzetidə “Raketlərin Kirmanşahdan deyil Təbrizdən buraxılması yetərincə açıq mesaj verə bildi yoxsa izah edək?” başlıqlı xəbərə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Füzuli rayonunda İsrail istehsalı olan “Harop” pilotsuz uçuş aparatı ilə çəkdirdiyi fotosunu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrail prezidenti iılə çəkdirdiyi şəkili əlavə edib.

Qeyd edək ki, bazar günü gecə İraqın şimalındakı Ərbil şəhərinə raket zərbələri endirilib və Fateh-110 balistik raketlərinin Təbriz ətrafında yerləşən raket buraxılış mərkəzlərindən birindən atıldığı iddia olunur.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar