SON XƏBƏRLƏR

İran hökuməti gələn ilin büdcəsində SEPAH-a və Dövlət Televiziyasına ayrılan vəsaiti bir neçə dəfə artırıb

2021.12.13, 12:41
İran hökuməti gələn ilin büdcəsində SEPAH-a və Dövlət Televiziyasına ayrılan vəsaiti bir neçə dəfə artırıb

Gunaz.tv

Bildirilir ki, ötən il hökumətin parlamentə təqdim etdiyi büdcə layihəsində SEPAH üçün ayrılan büdcə 58 faiz artımla 24 335 miylyard tüməndən 38 564 milyard tümənə çatdırılsa da, növbəti ildə bu rəqəm 93 min milyard tümənə yüksəldilib.

Ölkə parlamentinə təqdim edilən yeni büdcə layihəsində İran Dövlət Televiziyasına ayrılan büdcənin həcmi 56 faiz artırılıb.

Belə ki, qurumun cari il üçün ayrılmış 3 384 milyard tümən büdcəsi gələn ildə artırılaraq gələn il üçün 5 289 milyard tümənə çatdırılıb.

Bəzi ekspertlərin fikrincə, Tehranla dünya gücləri arasında Vyanada aparılan nüvə danışıqlarının məğlubiyyətə uğramasının ardınca İran hökumətinin növbəti ildə SEPAH-ın və İran Dövlət Televizasiyanın büdcəsini kəskin dərəcə artırması, rəsmi Tehranın ölkəyə qarşı başlanacaq mümkün hücuma hazırlaşması kimi qiymətləndirilir.

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar