SON XƏBƏRLƏR

"Xalq bahalaşmaya hazır deyil"-Bəsic hökumətə xəbərdarlıq etdi

2022.05.06, 10:08
"Xalq bahalaşmaya hazır deyil"-Bəsic hökumətə xəbərdarlıq etdi

Gunaz.tv

Bəyanatda əhalinin ölkədə bir sıra əsas ərzaq mallarının qiymət artımına hazır olmadığı vurğulanıb və bu barədə İbrahim Rəisidən bunun qarşısının alınması istənilib.

Ölkədə yaranan ərzaq qıtlığı və bahalaşma ilə bağlı İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Şəhriyar Heydəri açıqlama verib.

“Mövcud iqtisadi şərait və qiymət artımı sanksiyalarla bağlı deyil, yanlış idarəçilik və idarəetmə sisteminin pozulması ilə bağlıdır”-deyə, o bildirib.

Xatırladaq ki, son olaraq İranda un, buğda, makaron, çay, şirniyyat kimi bir sıra əsas qida məhsulları dəfələrlə bahalaşıb. 

Bu qiymət artımı nəinki iqtisadi mütəxəssislərin, hətta millət vəkillərinin belə hökumətə ciddi narazılığı və xəbərdarlığı ilə nəticələnib. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar