SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma: Hüquq-mühafizə orqanlarının əməkdaşı öldürüldü

2021.10.26, 12:54
İranda silahlı qarşıdurma: Hüquq-mühafizə orqanlarının əməkdaşı öldürüldü

Gunaz.tv

Yayılan məlumata görə, hadisə bu gün səhər saat 11-də baş verib.

Bölgədə naməlum yaraqlı dəstə üzvlərinin izinə düşən  yerli polis qüvvələri ilə dəstə üzvləri arasında qarşıdurma yaranıb.


Atışma nəticəsində Sistan-Bəlucistan əyalətinin hüquq-mühafizə qüvvələrinin əməkdaşı Musa Novruzi aldığı güllə yarasından yerindəcə həlak olub.


Bildirilir ki, yaraqlı dəstə üzvləri hadisə yerindən qaça biliblər.

Hadisənin detalları mediaya açıqlanmayıb. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar