SON XƏBƏRLƏR

İran hərbi xərclərini artırıb

2022.04.26, 11:08
İran hərbi xərclərini artırıb

Gunaz.tv

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) dünya ölkələrinin müdafiə xərclərinin yeni rekorda imza atdığını və eyni zamanda 2021-ci ildə İranın hərbi xərclərinin çoxaldığını açıqlayıb.

Bazar ertəsi 25 apreldə açıqlanan hesabata görə, İranın hərbi xərcləri keçən il 11 faiz artaraq 24 milyard dolları ötüb.

Hesabatda əlavə olunur ki, 2020-ci ildə illik hərbi xərclərinə görə dünyada 18-ci yerdə olan İran, ötən il üç pillə irəliləyərək hərbi xərclərə görə dünyada 15-ci yeri tutub.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bildiri ki, qlobal müdafiə xərcləri 2021-ci ildə yenidən artaraq ilk dəfə 2 trilyon dolları keçib. 

qeyd edək ki. İranda iqtisadi təməllərin dağılması, əhalinin məişət problemlərinin çoxalması və inflyasiya göstəricilərinin kəskin artmasına baxmayaraq, Tehran hökuməti ölkənin gəlirlərinin çox hissəsini hərbi sahəyə ayırır.

Bununla yanaşı Suriya, Livan, Yəmən, İraq kimi ölkələrdə dəstəklədiyi hərbi qruplaşmaların silah və maddi təminatını öz üzərinə götürdüyü üçün illik büdcənin bir hissəsi ölkədən çıxarılır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar