SON XƏBƏRLƏR

İran əhalisinin 30 faizdən çoxunun mənzili yoxdur

2022.08.17, 05:27
İran əhalisinin 30 faizdən çoxunun mənzili yoxdur

Gunaz.tv

Hesabatda onların 23,2%-nin kirayədə, 8,5%-i isə təşkilat, vəqf və ya pulsuz mənzillərdə yaşadıqlarını qeyd edilib.

Əvvəlki statistik məlumatlar göstərir ki, 2016-cı ildə İran əhalisinin təxminən 65 %-i ev sahibi olub, bu rəqəmi 2021-ci ilin statistikası ilə müqayisə etdikdə altı il ərzində İranda ev sahiblərinin sayı yalnız 2,5 % artıb.

Statistika Mərkəzinin məlumatına görə, 2021-də şəhərli ailələrin gəlirlərinin 36 faizi mənzil tikintisinə sərf edildiyi halda, bu il əvvəlki illə müqayisədə bu ailələrin xərcləri 49 faiz, kənd ailələrinin xərcləri isə 52 % artıb.

Yollar və Şəhərsalma Nazirliyi 2021-ci ilin yayında verdiyi hesabatda şəhərlərdə yaşayan iranlılarının gəlirlərinin 60%-dən çoxunun mənzil sektoruna xərcləndiyini elan etdi.

Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi bir hesabatda bildirib ki, orta hesabla, İran ailələrinin təxminən 41%-i əlverişli mənzil əldə etməkdən məhrumdur.

Nazirliyin məlumatında İran şəhərlərində yaşayan kirayəçilərin 94%-i xərclərini təmin etmək və münasib qiymətə mənzil kirayələməklə  bağlı ciddi problemlə üzləşib. 

Bir neçə gün bundan öncə Əmlak Məsləhətçiləri Birliyi son üç ildə kirayə haqqının 3 dəfə artdığını və mənzili olmayan vətəndaşların bu sahədə problemlərinin daha da çoxaldığını açıqlayıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar