SON XƏBƏRLƏR

İran Səhiyyə Nazirliyi: “Sistan-Bəlucistanda AİDS xəstəliyinə tutulanların 68 faizi öz xəstəliyindən xəbərsizdir”

2021.12.02, 13:16
İran Səhiyyə Nazirliyi: “Sistan-Bəlucistanda AİDS xəstəliyinə tutulanların 68 faizi öz xəstəliyindən xəbərsizdir”

Gunaz.tv

Sistan-Bəlucistanda AİDS xəstəliyinə yoluxanların sayını açıqlamayan Məcid Sərtipi deyib ki, bu əyalətdə AİDS xəstəliyinə tutulanların 68 faizinin öz xəstəliyindən xəbəri yoxdur.

“Təəssüflər olsun ki, bu əyalətdə AİDS xəstəliyinə tutulanların yalnız 32 faizi aşkarlanıb”, -deyə Məcid Sərtipi bildirib.

İranda AİDS xəstəliyinə yoluxasnların sayı heç vaxt dəqiq və şəffaf şəkildə açıqlanmır və müxtəlif səbəblərə görə bunun qarşısı alınır. Lakin buna baxmayaraq, İran Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərlə əlaqədar mərkəzinin hesablamalarına görə, ölkədə AİDS (QİÇS) xəstəliyinə yoluxanların sayının 54 min nəfərdən çox olduğu təxmin edilir.

Həmçinin son illər müxtəlif mənbələrin yaydığı hesabatlara görə, İranda cinsi əlaqə yolu ilə AİDS xəstəliyinə yoluxan qadınların sayı 10 dəfər artıb.

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar