SON XƏBƏRLƏR

İran Məhkəmə sisteminin sözçüsü güneyli alimlə bağlı açıqlama verib

2022.05.24, 09:14
İran Məhkəmə sisteminin sözçüsü güneyli alimlə bağlı açıqlama verib

Gunaz.tv

Onun İsveçdə ömürlük həbsə məhkum edilən iranlı keçmiş prokuror köməkçisi Həmid Nuri ilə dəyişdirilməsi məsələsinin gündəmdə olmadığını deyib.

“Əhmədrza Cəlali barəsində qanuni və şəri edam hökmü elan olunub və cəzanın icrası səsvermə mərhələsindədir”-deyə, M.Setayeşi bildirib.

Qeyd edək ki, 2016-cı ildə İrana səfəri zamanı “İsrailə casusuq” ittihamı ilə edam cəzasına məhkum edilən əslən Güney Azərbaycanın Sərab şəhərindən olan İsveç vətəndaşı Əhmədrza Cəlaliyə beynəlxalq dəstək nəticəsində Tehran hökuməti cəzanın icrasını gecikdirir.

Bir çox təhlilçilər edam hökmünün icrasını təxirə salınmasını hökumətin keçmiş iranlı prokuror köməkçisi və 1988-ci ildə siyasi məhbsuların kütləvi edamına görə İsveçdə ömürlük həbsə məhkum edilən Həmid Nuri ilə dəyişdirmək istəyi ilə əlaqəli olduğunu bildirirlər.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar