SON XƏBƏRLƏR

İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Şurası öldürülən ərdəbilli şagirdlə bağlı bəyanat yayıb

2022.10.18, 09:59
İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Şurası öldürülən ərdəbilli şagirdlə bağlı bəyanat yayıb

Gunaz.tv

Bəyanatda İran hökumətinin iddiaları təkzib edilir.

Qeyd edək ki, rəsmilər yeniyetmənin ürək çatışmazlığından əziyyət çəkdiyi üçün öldüyü barədə iddia səsləndirib.

Bəyanat müəllifləri qedy edib ki, Əsra Pənahi Xanqah rəsmilərin iddialarının əksinə olaarq sağlam olub, yeniyetmə qız üzgüçülər arasında bir neçə dəfə qızıl medal qazanıb.

"Ərdəbildən olan həmkarlarımız və etibarlı mənbələrdən aldığımız məlumatlara əsaslanaraq Əsra Pənahi Xanqahın hökumət qüvvələrinin Şahid orta məktəbinə hücumu zamanı döyülərək öldürüldüyünü elan edirik",- deyə, bəyanatda bildirilib.

Təhsil İşçiləri Həmkarlar İttifaqı Şurası İran hakimiyyyətinin bundan öncə də qətlə yetirdiyi şəxslər barəsində xəstəlik iddiaları irəli sürdüyünü və bu iddiaların artıq inandırıcı olmadığını vurğulayıb.

Qeyd edək ki, oktyabrın 13-də Ərdəbilin "Şahid" orta məktəbinin şagirdləri məmurların hökumət lehinə mitinq tələbini rədd edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.

Hökumət qüvvələrinin sərt müdaxiləsi və şagirdlərin döyülməsi nəticəsində Əsra Pənahi Xanqah, Aytək Mikayili və Hana Duzduzani adlı üç qız şagird həyatını itirib.

Hökumət rəsmiləri Əsra Pənahi Xanqahın ölümünü təsdiqləsə də, başqa iki şagirdin ölümü barədə hər hansı açıqlama verməyiblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar