SON XƏBƏRLƏR

İran işğal zamanı Xankəndi üzərindən bir neçə milyardlıq gizli əməliyyatlar aparıb

2021.10.20, 07:36
İran işğal zamanı Xankəndi üzərindən bir neçə milyardlıq gizli əməliyyatlar aparıb

Gunaz.tv

İndi bizim 130 kilometrdən artıq cənub sərhədini azad etməyimizin əhəmiyyətini hər kəs yaxşı başa düşür - Azərbaycan Qarabağı təkcə bir dövlətdən geri almayıb”. 

Bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

O bildirib ki, İranın ali diini lideri Əli Xamneyinin “təhlükəsizliyini başqa qüvvələrə tapşıranlar şillə alacaqlar” sözləri daha çox Ermənistana aiddir, çünki Tehran və İrəvan bir siyasi mərkəzdə birləşəndə həqiqətən də ermənilərə təhlükə artacaq.

Zahid Oruc: “Bu prezident seçkisindən sonra ortaya üçüncü müxalif qüvvə  çıxacaq” - BBC News Azərbaycanca

Onun sözlərinə görə, İranın Azərbaycan-İsrail münasibətlərinə dair iddiaları Azərbaycana və onun tarixi qələbəsinə qarşıdır. 

Millət vəkili Qarabağ işğal altında olan müddətdə İranın bu ərazilərdəki qeyri-leqal fəaliyyətinə də diqqət çəkib.

“ABŞ və Avropa Birliyinin embarqolarından qaçmaq üçün İranın 25-dən artıq bankı, 400-dən çox şirkəti Xankəndi üzərindən xarici nəzarətdən yayınaraq, gizli şəbəkələri vasitəsilə on illər ərzində bir neçə milyardlıq maliyyə əməliyyatları aparıblar.

İndi Qarabağ və ətraf ərazilərin yeraltı və yerüstü sərvətlərinin böyük əksəriyyəti İran şirkətlərinin əlindən çıxıb”, - deyə Z.Oruc əlavə edib.  (oxu.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar