SON XƏBƏRLƏR

İran iki Almaniya diplomatını ölkədən çıxartdı

2023.03.01, 15:10
İran iki Almaniya diplomatını ölkədən çıxartdı

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani açıqlama verib.

O, Almaniyanın Tehrandakı səfirinin də XİN-ə çağırıldığını deyib.

Kənani Berlinin İranın daxili işlərinə və məhkəmə sisteminin qərarlarına müdaxilə etdiyini iddia edib.

Qeyd edək ki, fevralın 21-də İran məhkəməsi Almaniya vətəndaşı olan Cəmşid Şarməhd barədə edam qərarı çıxarıb.

Bu, Almaniya hökumətinin sərt etirazı ilə qarşılaşıb və Tehran hökumətinin Almaniyadakı səfirliyinin iki işçisi arzupıunmaz şəxs elan edilərək Berlindən qovulub.

GüenazTV
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar