SON XƏBƏRLƏR

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Moskvaya səfər edib

2021.10.20, 07:36
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Moskvaya səfər edib

Gunaz.tv

Məhəmməd Baqirinin Rusiyaya səfəri İsrailin baş naziri Naftali Bennetin prezident Vladimir Putinlə görüşmək üçün Moskvaya səfərindən bir neçə gün əvvələ təsadüf edib.


Baqirinin Moskvaya səfərinin dörd gün davam edəcəyi bildirilir.


Moskvada jurnalistlərə açıqlama verən Məhəmməd Baqiri Rusiyaya səfərinin hədəfini açıqlayıb.


“Rusiya rəhbərləri ilə keçirəcəyim görüşlərdə bir sıra qarşılıqlı hərbi məsələlərdən başqa iki ölkənin Suriyada birgə əməkdaşlığı Əfqanıstanda baş verən olaylar, eləcə də İrana qarşı beynəlxalq

sanksiyalara son qoyulmasından sonra Rusiya ilə yeni silah müqaviləriin bağlanması mövzusu müzakirə ediləcək”, -deyə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqiri bildirib.


Yayılan məlumata əsasən, oktyabrın 22-də Rusiyaya səfər edəcək İsrailin baş naziri Naftali Bennet Soçi şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşərək, İranın nüvə proqramını, Suriya problemini və bir digər regional məsələlər barədə müzakirələr aparacaq. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar