SON XƏBƏRLƏR

İran Millətləri Qadınlar Təşkilatı beynəlxalq qurumlara müraciət edib

2022.11.24, 12:38
İran Millətləri Qadınlar Təşkilatı beynəlxalq qurumlara müraciət edib

Gunaz.tv

Müraciətdə İran hökumətinə qarşı daha əməli addımların atılmasının vaxtının çatdığı bildirilib.

Məktub müəllifləri İranda etirazçı kişilərin, qadın və qızların öldürülməsi ilə yanaşı, azyaşlı uşaqlara qarşı da amansız davranıldığı barədə xəbərdarlıq ediblər.

Fəal qadınlar İranda etirazçılara qarşı ölüm hökmlərinin verildiyinə diqqət çəkərək beynəlxalq təşkilatlardan və insan haqları müdafiəçilərindən İslam Respublikası rejiminə qarşı daha sərt tədbirlərin görülməsini istəyiblər.

Onlar İran həbsxanalarındakı qeyri-insani vəziyyətə toxunaraq, BMT və Beynəlxalq Amnistiya Təşkilatından “təcridxanalardakı faktları öyrənmək üçün” dərhal müdaxilə etməyi xahiş ediblər.

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar