SON XƏBƏRLƏR

İran internetə məhdudiyyətlərə görə dünyada ikinci yeri tutur

2022.10.04, 08:00
İran internetə məhdudiyyətlərə görə dünyada ikinci yeri tutur

Gunaz.tv

"Comparietech" saytının məlumatına görə, İran internet məhdudiyyətlərinə görə dünyada ikinci yerdədir və bu İranda VPN-lərdən, vebsaytdan və sosial mediadan normal istifadənin qarşısını alır.

İranda Facebook, YouTube, Twitter və son vaxtlar Instagram və WhatsApp filtrlərdən keçir. Yalnız hökumət tərəfindən təsdiqlənmiş VPN-lərdən istifadə edilə bilinir ki, bu da onları effektiv şəkildə yararsız edir.

Dünyada yalnız 4 ölkə, Çin, İran, Şimali Koreya və İraq VPN-lərdən istifadəni tamamilə qadağan edib.

Qeyd edək ki, sentyabrın sonlarında dünya ölkələri arasında internetin sürətilə bağlı açıqlanan statistikada İranın internet sürəti üzrə qlobal reytinqinin son 4 ayda dahada azaldığı, bu ölkənin dünyanın 182 ölkəsi arasında 147-ci yerdə qərarlaşdığı açıqlanıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar