SON XƏBƏRLƏR

SEPAH körfəzdə neft daşıyan gəmini oğurlayıb

2022.04.11, 10:15
SEPAH körfəzdə neft daşıyan gəmini oğurlayıb

Gunaz.tv

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) körfəzdə neft daşıyan gəmini oğurlayaraq İran limanlarından birnə aparıb.

SEPAH-ın "Zülfüqar" hərbi dəniz qüvvələri tərəfindən oğurlanan gəmidə qaçaq yanacaq daşındığı iddia olunub.

Hormozqan əyalətinin baş prokuroru Müctəba Qəhrəmani gəminin saxlanıldığını desədə, onun hansı ölkəyə məxsus olduğu və 11 nəfərlik heyətin miliyyəti barədə açıqlama verməyib.

Bundan öncə İran hökuməti onlar dəfə belə hərəkətə əl atıb, yük və neft daşıyan gəmiləri, onların heyətini girov götürüb.

Ötən ilin noyabr ayının 20-də “Sepah”ın hərbi dəniz qüvvələri Viyetnama məxsus gəmini girov götürmüşdülər. Bununla yanaşı Cənubi Koreya gəmisini oğurlayan İran hökuməti İranın bu ölkədə dondurulmuş pullarının geri qaytarılmasını istəmişdir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar