SON XƏBƏRLƏR

İran Müəllimlər Birliyi etiraz edən şagirdlərin islah mərkəzlərinə köçürülməsini pisləyib

2022.10.14, 10:20
İran Müəllimlər Birliyi etiraz edən şagirdlərin islah mərkəzlərinə köçürülməsini pisləyib

Gunaz.tv

"Bu cür ağılsız davranışlar təhsil məkanlarının qarnizonlanmasına, sinif otaqlarının elmi-mədəni mahiyyətindən məhrum olmasına gətirib çıxaracaq",- deyə, Müəllimlər Birliyinin bəyanatında yazılıb.

"Şagirdlərin saxlanması islahat və tərbiyə üçündür. Onlar psixologiya mərkəzindədirlər və ekspert dostlar öz işləri ilə məşğuldurlar. Onlar tərbiyə edildikdən sonra məktəbə qaytarılacaqlar",- deyə, İranın təhsil naziri Yusif Nuri oktyabrın 11-də bildirib.

Bununla belə, İran Müəllimlər Birliyi Təhsil Nazirliyinin rəsmilərinə, xüsusən də bacarıqsız adlandırdığı nazirə həbsdə olan etirazçı şagirdlərin dərhal və təxirə salınmadan azadlığa buraxılması, onlardan üzr istənilməsini yazıb.

"Bu proses qanuna və qaydalara zidd olaraq davam edərsə, müəllimlər, ailələr və həmkarlar ittifaqları məktəbin müqəddəs məkanını lazım bildikləri şəkildə müdafiə etməyi özlərinə borc bilirlər",- deyə, İran Müəllimlər Birliyi hökumətə xəbərdarlıq edib.

İran İnsan Haqları Təşkilatı da, təhsil naziri Yusif Nurinin çıxışına münasibət bildirib.

"İslah edilmək və tərbiyələndirməyə ehtiyacı olan İran İslam Respublikasının başçıları, hökumət rəsmiləridirlər",- deyə, insan haqları təşkilatının bəyanatında qeyd edilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar