SON XƏBƏRLƏR

İran Elm Nazirliyi Təbrizin Azad Universitetində türk dili və ədəbiyyatı bölməsinin açılmasını icazə vermir-VİDEO

2021.11.15, 11:35
İran Elm Nazirliyi Təbrizin Azad Universitetində türk dili və ədəbiyyatı bölməsinin açılmasını icazə vermir-VİDEO

Gunaz.tv

Ə.Cavanpur bu barədə noyabrın 14-ü, bazar günü mətbuata açıqlamasında bildirib. 

"Təbriz Azad Universitetinin başçısı olduğum ötən dövr türk dili və ədəbiyyatı bölmələrinin açılması ilə bağlı müraciətimə İran Ümumi Mədəniyyət Şuras etiraz etmədi. Lakin Elm Nazirliyi buna icazə vermədi"-deyə, o bildirib.

O, yalnız Təbriz Universitetində belə bir bölmənin açılmasına imkan verildiyini, başqa universitetlərdə buna maneçilik törədildiyini söyləyib.

“Elm Nazirliyi icazə versə Təbrizin Azad Universitetində türk dili və ədəbiyyatı bölməsini aça bilərik. İnanıram ki, bu layihə geniş rəğbətlə qarşılanar. Ötən dövr rəsmi olmasa da öyrənci təşkilatlarının qurduğu türk dili və ədəbiyyatı kursları xüsusi rəğbətlə qarşılanıb”-deyə, Əziz Cavanpur bildirib.

Qeyd edək ki, İranda on milyonlarla Azərbaycan türkü öz ana dilində təhsil ala bilmir. Yalnız Təbriz Universitetində türk dili və ədəbiyyatı bölməsi fəaliyyət göstərir. Bu bölməyə isə hər il ancaq 40 öyrənci cəlb olunur.

2018-ci ildə Beynəlxalq Ana Dili günü münasibətilə Marağa Universitetinin 925 öyrəncisi petisiya imzalayaraq bu Universitetdə türk dili və ədəbiyyatı bölməsinin açılmasını tələb edib. 

Ancaq əlaqədar qurumlar bu müraciətə əhəmiyyət verməyib.

Əksinə bu təşəbbüsüə qoşulan tələbələr rəhdid olunub, müraciətin hazırlanmasında öncüllük edən Salar Sərkeşi adlı öyrənci universitetdən qovulub.

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar