SON XƏBƏRLƏR

İran Almaniyanın etirazçılara dəstəyindən qəzəblənib

2022.11.10, 11:00
İran Almaniyanın etirazçılara dəstəyindən qəzəblənib

Gunaz.tv

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz tvitində Almaniya xarici işlər nazirinin İslam Respublikasının repressiv hakimiyyətinə qarşı yeni sanksiyaların təsdiqlənməsi ilə bağlı sözlərini “təxribatçı” və “müdaxiləçi” adlandırıb.

“Cavabımız mütənasib və qətiyyətli olacaq”, deyə, xarici işlər naziri özünün sosial media hesabında yazıb.

Almaniyanın xarici işlər naziri Analena Berbuk müxalifət partiyalarının nümayəndələrinin sözlərinə cavab olaraq, İslam Respublikasına təzyiq göstərmək üçün digər Avropa ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyini açıqlayıb.

"Biz İran etirazlarının yatırılmasına görə məsuliyyət daşıyanlara qarşı növbəti sanksiyalar paketi üzərində işləyirik və gələn həftə təsdiqlənəcək. Nə qədər lazımdırsa, iranlı qadın və kişilərin yanında olacağıq və öldürülən uşaqların səsini dünyaya çatdıracağıq",-deyə, xarici işlər naziri vəd verib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar