SON XƏBƏRLƏR

İran məhkəməsi Belçika vətəndaşına ağır həbs cəzası verdi

2022.12.15, 13:13
İran məhkəməsi Belçika vətəndaşına ağır həbs cəzası verdi

Gunaz.tv

Belçikalı məhbusun ailəsinin sözçüsü Oliviye Van İştayertgem dekabrın 14-də verdiyi açıqlamada ailə üzvünün həbs cəzası barədə onlara Belçika hökumətinin məlumat verdiyini, onun həbsinə səbəb olan ittihamlar barədə heç nə deyilmədiyini bildirib.

41 yaşlı yardım işçisi Oliviye Vande Kastel Beynəlxalq Yardım xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur və o, missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib

Bununla yanaşı oktyabrın 20-də daha bir Belçika vətəndaşı İran-İraq sərhəddində təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

Onun kimliyi və nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib.

Timur

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar