SON XƏBƏRLƏR

İran məhkəməsi iki gənc öyrənciyə uzun illik həbs cəzası verdi

2022.06.07, 04:56
İran məhkəməsi iki gənc öyrənciyə uzun illik həbs cəzası verdi

Gunaz.tv

Onların hər birini 16 il həbs cəzasına məhkum edib.

Əhməd Zərgər adlı hakimin başçılığı ilə keçirilən məhkəmə iclasında öyrəncilər “milli təhlükəsizliyə qarşı əlbir olmaq”, “hökumətə qarşı təbliğat” və “təxribatçılıq”da ittiham olunublar.

Tehranın Şərif Sənaye Universitetinin öyrənciləri olan Əmirhüseyn Muradi və Əli Yunisi İranda istedadlı öyrəncilər sıyahısında ilk yerlərdə qərar tuturlar.

Dünya Astronomiya Olimpiadasının qızıl medalçısı Əli Yunisi və Milli Astronomiya Olimpiadasının gümüş mükafatçısı Əmirhüseyn Muradi 2010-cu il aprelin 10-da həbs edilib.

İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili öyrəncilərin barəsində çıxarılan məhkəmə qərarı ilə bağlı verdiyi açıqlamada onları “İran Xalq Mücahidləri” təşkilatına üzv olmaqda ittiham edib. 

Hökumət mediası öyrəncilərin təxribatçı olduqlarını və axtarış zamanı onların evlərindən partlayıcı maddələr tapıldığını iddia ediblər. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar