SON XƏBƏRLƏR

İran məmurları Zahidanda 7 uşağı güllələyib

2022.10.07, 10:14
İran məmurları Zahidanda 7 uşağı güllələyib

Gunaz.tv

Hüquq-müdafiə təşkilatları İran təhlükəsizlik qüvvələrinin Zahidan şəhərinin Məkki məscidində namaz qılanlara atəş açması zamanı azı 91 nəfərin öldüyünü, onların arasında 7 uşağın da olduğunu təsdiqləyib.

Məlumatda öldürülən uşaqlar arasında ən kiçiyinin 2 yaşlı Mirşikar,  ən böyüyünün isə 16 yaşlı Məhəmməd İqbal Şahnavazi olduqları qeyd olunub.

Bu barədə xəbərlərin təsdiq olunmasından sonra, Zahidan şəhərinin cümə imamı Möləvi Əbdülhəmid bəluç tayfa başçıları ilə keçirdiyi görüşdə hökumətin rəsmi məlumatlarının həqiqəti əks etdirmədiyini söyləyib.

O, rəsmilərin etirazçılar arasında "Ceyşül Ədl" silahlı qruplaşma üzvlərinin olduğu barədə iddialarını əsassız adlandırıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar