SON XƏBƏRLƏR

İran məmurlarının iki muğanlını döyməsi böyük etirazlara səbəb olub-VİDEO

2022.03.31, 11:27
İran məmurlarının iki muğanlını döyməsi böyük etirazlara səbəb olub-VİDEO

Gunaz.tv

Görüntü ilə birgə yayılan məlumatda qeyd olunur ki, iki parsabadlı Rabitə Nazirliyinin yerli idarəsinə müraciət edərək işlərinə baxılmamasına etiraz ediblər. Onların etirazından sonra məmurlar tərəfindən təzyiqə məruz qalıblar.

Sosial media istifadəçiləri son vaxtlar daha da qəddarlaşan İran polisi və SPEAH- məmurlarının əhaliyə qarşı düşməncə, orta əsrlərdəki yadelli işğalçılar kimi davrandıqlarını yazıblar. 

Məsələ ilə bağlı Rabitə İdarəsi və yerli polis bölməsinin hər hansı açıqlama verməməsi xüsusilə parsabadlı sosial media fəallarının hiddətinə səbəb olub və onlar paylaşımlarında bunu məsulların vətəndaşları saymaması ilə əlaqələndiriblər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar