SON XƏBƏRLƏR

İran mediası Ukraynaya qarşı təbliğat aparır

2022.03.31, 14:17
İran mediası Ukraynaya qarşı təbliğat aparır

Gunaz.tv

İran mediası, özəlliklə SEPAH-a bağlı media qrupları Ukraynaya qarşı geniş təbliğat aparmaqda və Ukrayna ordusunun Mariopulda qırğın törətdiyi barədə informasıyalar yaymaqda davam edir.

Onlar “Donetsk Xalq Respublikası” rəhbərliyinə istinadən Ukrayna hərbçilərinin dinc əhalini atəşə tutduğunu və yaşayış yerlərini hədəfə aldığını iddia edirlər.

Bununla yanaşı adı çəkilən media qrupları Ukrayna hökumətini müstəqil media nümayəndələrinin müharibə barədə xəbər yaymasına mane olduğunu, onlara qarşı basqı uyğuladığını yazır.

“Ukrayna hökuməti bir çox siyasi partiya və media orqanlarının fəaliyyətini qanunsuz adlandıraraq dayandırıb”-deyə, məlumatda bildirilir. 

Qeyd edək ki, bir neçə gün bundan öncə Rusiya hökuməti müharibə barədə qeyri-rəsmi məlumat yayan media qurumları və sosial media fəallarına qarşı ağır cəzaların tətbiq ediləcəyi barədə qanunun qəbul edilməsinin vacibliyini bildirib və onlarla media fəalı həbs olunub.  

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar